Lider TV

Türklər və ermənilər arasında qarşıdurma oldu


Qondarma erməni soyqırımının ildönümü ilə əlaqədar ABŞ - da yaşayan erməni icmalarının nümayəndələri Türkiyə səfirliiyi qarşısında aksiya keçiriblər. Buna etiraz edən türk və azərbaycanlı fəallar da səfirliyin qarşısına toplaşıblar. Və erməni yalanlarını ifşa edən şüarlar səsləndiriblər. Aksiya polis zorakılığı ilə müşaiyyət olunub. Belə ki, Cənubi Azərbaycandan olan fəallardan biri əlində Azərbaycan bayrağı avtomobillə erməni aksiyaçıların qarşısından keçib. Bu zaman ermənilər ona hücum ediblər. Və bayrağı əlindən alaraq, maşınını sındırmağa çalışıblar. Amerika polisi buna mane olsa da, soydaşımız saxlanılaraq polis bölməsinə aparılıb.




13:00 / 25.04.2015     Çap et  Çap et