Lider TV

Ağsuda işgüzar forum keçirilib


Ağsu rayonunda sahibkarlığın güzəştli kreditləşdirilməsi ilə bağlı işgüzar forum keçirilib. 90-a yaxın sahibkarın iştirak etdiyi forum çərçivəsində ağsu rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan südçülüq ailə fermer təsərrüfatlarının, pendir, meyvəqurutma və corab istehsalı müəssisələrinin, arıçılıq təsərrüfatlarının yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı olub.
Ağsu və ətraf rayonlardan olan 52 sahibkara 624 min manat güzəştli kredit verilib. Həmin kreditlər əsasən, heyvandarlıq, arıçılıq, taxılçılıq sahələrinin inkişafına yönəldiləcək. Bu isə 70-ə yaxın yeni iş yerinin açılmasına səbəb olacaq. Həmçinin Ağsuda 1500 hektar ərazidə iri fermer təsərrüfatına baxış keçirilib ki, bu iri kənd təsərrüfatın yaradılmasına 5 milyon vəsait sərf olunub. İndiyə qədər isə ölkədə 19 belə təsərrüfat yaradıb.




09:00 / 19.03.2015     Çap et  Çap et