Lider TV

Yevlaxda işgüzar forum keçirilib


Sahibkarlığın güzəştli kreditləşdirilməsi ilə bağlı növbəti işgüzar forum Yevlaxda keçirilib. Tədbirdə rayonun iqtisadiyyatı üçün səmərəli olan investisiya layihələri müzakirə olunub. Həmçinin Yevlax və ətraf rayonlardan olan 54 sahibkara 1,4 milyon manat güzəştli kredit verilib. Bu kreditlər əsasən heyvandarlıq, əkinçilik, quşçuluq kimi sahələrin inkişafına yönəldiləcək. Forum çərçivəsində Yevlaxda fəaliyyət göstərən tikinti materialları istehsalı zavoduna da baxış keçirilib. İllik 24 min ton dəmir-beton məhsulları istehsal etmək gücündə olan müəssisənin maliyyələşdirilməsinə fond 8 milyon manat güzəştli kredit verib.




13:00 / 07.03.2015     Çap et  Çap et