Lider TV

«Azərtac» 95 yaşını qeyd edir


Dövlət İnformasiya Agentliyi olan «Azərtac» 95 yaşını qeyd edir. Bu illər ərzində agentlik böyük inkişaf yolu keçib. İndi «Azərtac»-ın 21 ölkədə müxbir məntəqəsi fəaliyyət göstərir. 7 dildə xəbər, 5 dildə isə videoinformasiya yayımlayır. 130 ölkə ilə informasiya mübadiləsi aparır. Yubiley çərçivəsində Bakıda Dünya Xəbər Agentlikləri Konqresi Şurasının iclası işinə başlayıb.
Toplantıda gələn il Bakıda dünya xəbər agentliklərinin beşinci konqresinin keçirilməsi məsələsi də müzakirə olunub. Bu gün isə «Azərtac»-la, Türkiyə, Sloveniya və Rumuniyanın nüfuzlu agentlikləri arasında anlaşma memorandumu imzalanacaq.




13:00 / 02.03.2015     Çap et  Çap et