Lider TV

Narkomaniyanın sürətlə gəncləşməsi narahatlıq doğurur


Dünyada narkomaniyanın sürətlə gəncləşməsi ölkəmizdə də narahatlıq doğurur. Bərdə rayon hüquq mühafizə orqanlarının əməkdaşları orta ümumtəhsil məktəbinin şagirdləri ilə görüş keçirib. «Narkomaniya və QİÇS-ə yox deyək-mənəviyyatımızı xilas edək» adlı tədbirdə diskusiyalar zamanı bəşəriyyəti fəlakətlə sürükləyən narkomaniya problemləri müzakirə olunub. Ağır yolxucu xəstəliklər, azyaşlıların internetdən düzgün istifadə etməmələri, narkotik vasitələrdən istifadə edənlər arasında yaş həddinin 13-14 yaşa endirdiyi diqqət çatdırılıb. Tədbir iştirakçılarına tövsiyyə edilib ki, bu bəlaya mübtəla olanlar haqda məlumat əldə etdikdə mütləq aidiyyatı qurumlara xəbər versinlər.




13:00 / 21.02.2015     Çap et  Çap et