Lider TV

Ukraynanın taleyi necə olacaq?


Almaniya kansleri Angela Merkel və Fransa prezidenti Fransua Olland ilə Rusiya dövlət başçısı Vladimir Putin arasında Ukrayna böhranına həsr olunmuş müzakirələr başlayıb. Danışıqların təfərrüatı hələlik bəlli deyil. Bəzi analitiklərin fikrincə, Ukraynanın NATO-ya daxil olmasına yol verilməməsi müqabilində Moskvanın geriyə addım atmasına zəmanət istəniləcəyi gözlənilir. Bu arada Donetsk və Luqanskın bir neçə qəsəbəsində mülki vətəndaşların köçməsi üçün separatçılarla hökumət qüvvələri arasında müvəqqəti atəşkəs razılaşması əldə olunub.




19:00 / 06.02.2015     Çap et  Çap et