Lider TV

Sınaq vaksinlərin tətbiqinə başlanıldı


Ümumdünya Səhiyyə Təşkilatının son yaydığı açıqlamada, ölümcül ebola virusuna yoluxaraq ölənlərin sayının 8 959 nəfər olduğu bildirilib. Eyni zamanda, bu virusa yoluxanların sayı da artaraq 22 444 insan təşkil edib. Liberiyada virusdan can qurtarmaq üçün eksperemental vaksinlərin tətbiqinə başlanılıb.
Statistikaya üç Qərbi Afrika ölkəsi - Qvineya, Liberiya və Syerra Leone daxildir. Hansı ki, burada bir gün ərzində 33 nəfərin ölümcül virusa yoluxduğu bildirilir. Liberiyada 3 700-dən çox adam ebolanın qurbanı olub. Syerra Leonedə isə virusa yoluxma faktı 10,7 min nəfərə çatıb. Qeyd edək ki, ölüm hallarının əksəriyyəti sadalanan ölkələrdə olsa da, digər ölkələrdə də rast gəlinib. Bunlardan Malini, Nigeriyanı, Seneqalı, İspaniyanı, Böyük Britaniyanı və ABŞ-ı misal göstərmək olar.
Liberiyada təcrübə üçün nəzərdə tutulmuş vaksinləri xəstəxanalarda insanlara vurmağa başlayıblar. Virusun yayılmasının qarşısını almaq üçün yuzlərlə könüllü klinikalara üz tutublar. Həkimlər gün ərzində 12 nəfərə təcəürbə üçün iynə vurmağı nəzərdə tutsalarda insan axını çox olduğundan bu rəqəm 25-ə yüksəlib. Könüllülər vaksinanın xeyir etməmək ehtimalı olduğu haqqda məlumatlandırılıblar.




13:00 / 04.02.2015     Çap et  Çap et