Lider TV

Suçiçəyi öldürə bilər


Su çiçəyi. Son zamanlar dəhşətli şəkildə sürətlə yayilan bu xəstəliyə ölkəmizdə uşaqların 90 faizi daha tez yoluxur. Dünyada suçiçəyinə yoluxmuş 20 yaşından yuxarı şəxslərin 5 faizi dünyasını dəyişir. Bu səbədən bir çox ölkələrdə su çiçəyinə qarşı qabalayıcı tədbirlər görülür.Uşaqlar peyvənd olunur. Xəstəliklə bağli bu gün ölkəmizdə hansi tədbirlər görülür, aidiyyati qurumlar virusun çoxalmasindan xəbərdardirlarmi ? Balaca, qırmızı və ortasında su olan xırda ləkələr. İlk simptomları qarın və kürək nahiyəsində daha sonra isə bütün bədəndə görsənməyə başlayır. Xəstəlik daha çox mövsüm etibarilə yanvar-mart aylarında yayılır. Su çiçəyi xəstəliyi göründüyü gündən 2 gün əvvəl və 5 gün sonrasına qədər yoluxucu mövqedə olur. Pediatriya üzrə baş mütəxəsis Nəsib Quliyev deyir ki, bu sahədə dünya təcrübəsi yaxından izlənilir. Baş mütəxəsisin sözlərinə inansaq yaxın gələcəkdə su çiçəyinə qarşı peyvənd aparıla bilər.
Sadəcə bir yoluxucu virusdur deyib keçdiyimiz su çiçəyi xəstəliyi heç də düşündüyümüz kimi deyil.Yəni bu xəstəliyin törədəcəyi fəsadlar olduqca dəhşətlidir və insanın həyatı bahasına başa gələ bilir.Təssüflər olsun ki, araşdırmamız zamanı məlum oldu ki, ölkəmizdə bu xəstəliyə qarşı hər hansısa bir peyvənd aparılmır.Lakin xəstəliyə qarşı peyvənd aparılsa o zaman su çiçəyinin törədəcəyi fəsadlar və bu xəstəliyə düçar olmuş şəxslər xəstəliyi yüngül keçirə bilərlər.
Kamil Balakişiyev




13:00 / 03.02.2015     Çap et  Çap et