Lider TV

«Ağıllı» bombalar istehsal ediləcək


Müdafiə Sənayesi Nazirliyi gələn ildən «ağıllı» aviasiya bombalarının seriyalı istehsalına başlayacaq. Bu barədə nazir Yavər Camalov bildirib. O, Azərbaycan istehsalı olan müvafiq təyinatlı məhsulların alıcılarının sayının artıdığını da qeyd edib.
Müdaifə Sənayesi Nazirliyində 58 istehsalat sahəsi mövcuddur. Burada 400-dən artıq adda mülkü, 900-dən artıq adda müdaifə təyinatlı məhsullar istehsal olunur. Nazirlik bu il Bakıda keçirilən «ADEX-2014» sərgisində ilk dəfə nümayiş olunan «ağıllı» aviabombaların istehsalını planlaşdırır.
Qeyd edək ki, bu il xarici ölkələrlə yüz milon ABŞ-dolları dəyərində ixrac əməliyyatı həyata keçirib. Gələn il alıcıların sayının artacağı gözlənilir. Bu istiqamətdə bir sıra ölkələrlə danışıqlar aparılıb.
Azərbaycan istehsalı olan pilotsuz uçan aparatların sınağının uğurla başa çatdığını bildirən müdaifə sənayesi naziri yavər camalov, qurumun tabeçiliyində olan müəssələrdə yeni məhsulların yaradılması və istehsalı istiqamətində işlərin aparıldığını bildirdi. Yeri gəlmişkən, bu gün müdaifə sənayesi nazirlyi işçilərinin peşə bayramıdır. Bu münasibətlə keçirilən konfrasda son illər əldə olan naliyətlərdən danışıldı. Müdaifə sənayesi naziri yavər camalov fərqlənən əməkdaşları mükafatlandırdı.




19:00 / 17.12.2014     Çap et  Çap et