Lider TV

«Qarabağın səsi» gəldi…


«Qarabağın səsi» musiqi albomunun təqdimatı olub. «Virtual Qarabağ» adlı beynəlxalq layihə Heydər Əliyev Fondu, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə, İnformasiya - Kommunikasıya Texnologiyaları mərkəzi həyata keçirib.
«Qarabağın səsi » musiqi albomuna daxil olan kompazisiyaların müəllifi Azərbaycanın əmkdar artisti Rain Sultanovdur. Kompazisiyalar Azərbaycanın Ermənistan silahlı qüvvələrinin işğalı altında olan Xocəvənd, Xocalı, Zəngilan, Şuşa, Xankəndi, Kəlbəcər, Füzuli, Ağdam, Laçın, Cəbrayıl və Qubadlı bölgələrinə həsr olunub.
Lahiyənin reallaşmasında Azərbaycanın Xalq artisti Alim Qasımov, əməkdar artistlər Yəsəf Eyvazov və Şahin Növrəsli, həmçinin İsveç Dövlət Kamera Orkestrinin üzvü Linnea Olsson, musiqiçi Peter Nilson, yaponiyalı Yasuhito Mori, gürcüstanlı musiqiçi İrakli Koiava da iştirak ediblər.
Yerli və xarici müsiqicilərin müşayəti ilə səslənlən müsiqilər dinləyiciləri bir anlıq da olsun qarabağa apara bildi. Alboma daxil olan musiqilərdə klassik və caz musiqisinin elemetlərini görmək mümkündür.
Lahiyə çərçivəsində Qarabağın səsi musiqi albomuna daxil olan katoloq da nəşr olunub. Katoloqda britaniyalı jurnalist İan Peartinin fikirləri də yer aılb. Təqdimat mərasimində çıxış edən jurnalist, Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu dedi. Təqdimat mərasimində həmçinin lahiyə ilə bağlı film də nümayiş olundu.




13:00 / 03.12.2014     Çap et  Çap et