Lider TV

Koreya kino festivalının açılışı olub


Bakıda Koreya kino festivalının açılışı olub. Festival Koreya Fondu, SEBA Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyası və Koreyanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə keçirilir.
İlk dəfə olaraq Azərbaycan dilinə dublyaj edilmiş Koreya filmləri nümayiş olundu. Artıq 10 ilə yaxındır ki, SEBA Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyası Koreya ilə Azərbaycan arasında mədəni əlaqələrin həyata keçirilməsində körpü rolunu oynayır.
SEBA-nın prezidenti Ruhəngiz Heydərova bildirdi ki, assosiasiya Koreya Fondu ilə birlikdə mədəniyyət, elm, səhiyyə və başqa sahələrdə böyük layihələr həyata keçirməklə yanaşı, kino sahəsinə də mühüm yer ayırıb.
Dövlət və hökümət nümayəndələrinin iştirak etdiyi festival noyabrın 30-dək filmlərin nümayişi ilə davam edəcək.
Simnarə Həmidqızı




13:00 / 28.11.2014     Çap et  Çap et