Lider TV

Caz festivalı davam edir


Bakı cazz festivalının növbəti qonağı dünya şöhrətli musiqiçi, virtouz zərb alətləri ifaçısı Trilok Qurtu qrupu olub. Filarmoniyada baş tutan konsert anşlaqla keçib.
Trilok qurtu - ona “Seriyalı əməkdaşlıq musiqiçisi” də deyirlər. Ona görə ki, karyerası boyunca musiqi dünyasının görkəmli şəxsiyyətlərini onun qədər əməkdaşlığa cəlb edən ikinci cazz ifaçısı yoxdur. Hindistan əsilli, ifası qədər səmimi, milliliyi obrazına da əks etdirən trilok qurtu məşq zamanı vaxt tpıb bizə müsahibə də verdi.
Bakının soyuğu canına elə hopmuşdu ki, konsert zalına daxil olar- olmaz hava faktorunu zarafatyana tanmaşaçılarla ünsiyyət mövzusuna da çevirdi. Trilok Qurtu yaradıcılığı milli musiqidən qaynaqlanır. Etno və klassik cazın sintezi onun dəsti xəttinin əsasını təşkil edir ki, konsertdə tamaşaçılar bu üslubu dinləmək imkanı qazandılar. Mumbay şəhərində, musiqiçi ailəsində doğulan qurtu 6 yaşından alətdə ifa etməyə başlayıb. Co zavinul, don çerri, bil evans, deyv hollan kimi məhşurlarla bir səhnəni bölüşən trilok caz aləmində şöhrətdə heç də onlardan geri qalmır.
Kanadalı Syuzanı da konsertə Trilok musiqisinin ecazkarlığı gətirib. Qeyd edək ki, Bakı caz festival çərçivəsində növbəti konserti tanınmış gitaraçı stenli klark verəcək. Festivala ayın 30-u yekun vurulacaq.
Ruqiyyə Nəcəfli




13:00 / 28.10.2014     Çap et  Çap et