Lider TV

Dəmiryolçuların Bakıda toplantısı keçirilir


“MDB və Baltikyanı ölkələrin Dəmir Yolu Nəqliyyatı Şurasının fəaliyyəti sayəsində ölkələrimiz arasında əməkdaşlıq əlaqələri qurulub, yük və sərnişin daşınmalarının fasiləsiz təmin edilməsinə, razılaşdırılmış beynəlxalq tarif siyasətinin həyata keçirilməsinə və hüquqi bazanın təkmilləşdirilməsinə nail olunub”. Bu fikirlər Bakıda keçirilən MDB və Baltikyanı ölkələrin Dəmir Yolu Nəqliyyatı Şurasının 61-ci iclasında səsləndirilib. Tədbir iştirakçılarına prezident İlham Əliyevin müraciəti oxunduqdan sonra şuranın 60-cı iclasında qəbul edilən qərarların yerinə yetirilməsi, 2015-2016-cı illərdə qatarların hərəkət qrafiki, yük vaqonları parkının vahid idarəetmə sistemi üzrə əldə olunan razılığın yerinə yetirilməsi haqqında fikir mübadiləsi aparılıb. Bundan əlavə beynəlxalq sərnişin daşınması üzrə MDB dövlətləri eləcə də Gürcüstan, Latviya, Litva və Estoniya respublikaları arasında əldə olunan razılığa dəyişikliklər və əlavələr edilməsi, həmçinin “Fəxri dəmiryolçu” döş nişanının bölgüsü kimi məsələlər müzakirə olunub. MDB və Baltikyanı ölkələrin Dəmir Yolu Nəqliyyatı Şurasının 61-ci iclası 2 gün davam edəcək.




13:00 / 21.10.2014     Çap et  Çap et