Lider TV

Camışçılıq yox olmaq üzrədir


Sovetlər dövründə heyvandarlığın aparıcı sahəsi olan camışçılıq bu gün demək olar ki yox vəziyyətindədir. Geriləmə bu cür davam edərsə gələcəkdə ölkə ərazisində damazlıq camış olmayacaq.
Biləsuvar iri çamışçılıq təssərüfatlarının sayına görə, ölkədə ön sıralarda olub. O zaman rayon ərazisində 50 min başa yaxın çamış saxlanılıb. Bu gün isə ümumilikdə min başa qədər ola ya olmaya. Azalmanın bir səbəbi camışların kütləvi şəkildə kəsilib satılmasıdır, digər başlıca səbəbi isə...
Camışçılıqla məşğul olan fermerlərə güzəştli kreditlərin ayrılmaması da bu sahəyə marağı azaldıb. Dövlətin dəstəyi olarsa, bu sahəni yenidən inkişaf etdirmək mümkündür. Fermerlər bildirir ki, xüsusilə aran rayonlarında, əsasən də dənizkənarı “Çala” adlanan ərazilərdə çamışçılıq inək saxlamaqdan daha effektlidir.
Bu heyvanlar yemə az tələbatlı olmaqla yanaşı, xəstəliyə və isti hava şəraitinə dözümlüdür. Bu sahə iqtisadi cəhətdən həm də ona görə sərfəlidir ki, camışın diri çəkisi artıq, südünün yağlılığı isə inək südündəkindən 3-4 dəfə çoxdur.
Müqayisə üçün qeyd edək ki, 1 kq yağın alınması üçün 22 kq inək südü tələb olunursa, eyni həcmdə yağ üçün 8 kq camış südü lazımdır. Bütün bu üstünlüklərə baxmayaraq, son iki ildə ölkə üzrə camışların sayı 250 minə yaxın azalaraq 200 min başdan aşağı düşüb.
Elman Əliyev




13:00 / 16.10.2014     Çap et  Çap et