Lider TV

Alma həm boldur, həm də müştərisi var…


Bu mövsüm Qubada yığılan almanın əsas hissəsi Rusiya bazarlarına çıxarlır. Qonşu ölkədə meyvəyə olan tələbat almanın satış qiymətinə təsir göstərib. Hər il məhsulunu satmaqda çətinlik çəkən qubalı bağbanlar indi qiymətdən məmnundurlar. Bu mövsüm Qubaba ötən illərə nisbətən bağlarda alma boldur. Hədda bağları gəzdikdə meyvənin təsirindən budaqların necə əyildiyini aydın görmək mümkündür. Quba bağlarında 10 gündür alma dəriminə başlanılıb və 20 min tona yaxın məhsul yığılıb. Proqnoza görə, bu mövsüm rayondakı mövcud 12 min 976 min hektar alma bağından ümumilikdə 120 min tondan artıq məhsul tədarük olunacağı gözlənilir. Meyvənin keyfiyyəti də yaxşıdır. Ötən illə müqayisədə almada pas və dəmgil kimi xəstəliklər müşahidə edilmir. Bu mövsüm bağbanları sevindirən əsas məsələ isə məhsulun alıcısının olmasıdır. Ötən il kiloqramı 25-30 qəpiyə çətinliklə satılan alma indi 45-50 qəpiyədir. Mütəxəssislərin fikrincə Rusiya bazarlarında bizim meyvəyə tələbat getdikcə daha da artacaq. Bağbanlar isə hesab edirlər ki, yığımın sonunadək almanın kiloqramı 50 qəpik olarsa, yaxşı gəlir əldə edəcəklər. Yusif Mahmudov




19:00 / 17.09.2014     Çap et  Çap et