Lider TV

Azərbaycan dünyaya nümunədir


Azərbaycanda dini azlıqlara yüksək zəmanət verilir. Burada bütün dinlərin nümayəndələri üçün bərabər şərait yaradılıb. Avropa Şurası baş katibinin müavini Qabriela Battani-Droqoni belə deyib. Bakıda keçirilən «Mədəniyyətlərarası dialoq: mədəniyyət və din arasında qarşılıqlı əlaqə» mövzusunda beynəlxalq konfrasda Ermənistanın işğalçılıq siyasəti pislənilib. Bildirilib ki, bu, yalnız bir Avropa ölkəsinə təcavüz deyil, ümumilikdə sülh və təhlükəsizliyə ciddi təhlükədir.
Hazırda Avropanın bir sıra ölkələrində antisemitizm, islamafobiya, dözümsüzlük halları artmaqdadır. Avropa Şurası baş katibinin müavini Qabriela Battani-Draqoni belə dedi. Bildirdi ki, Iqtisadi böhrandan sonra Avropada sosial problemlər ortaya çıxıb, insanlar arasında ünsiyyət zərbə altındadır. Bir-biri ilə ünsiyyətdə olmayan dinlər arasında ziddiyyətlər dərinləşməkdədir.
Avropa Şurası Nazirlər Komitəsinin Təhsil, mədəniyyət, idman, gənclər və ətraf mühit üzrə Məruzəçi Qrupunun sədri, Portuqaliyanın Avropa Şurasındakı daimi nümayəndəsi səfir Luis Felipe Kastro Mendeş isə bildirDi ki, dözümsüzlüyə qarşı mübarizə həm cəmiyyət həyatının fundamental əsasıdır, həm də dünyada sabitliyə, sülhə töhfə verən amildir. Avropa Şurası isə insan haqlarının müdafiəçisi kimi bu proseslərin önündə olmalıdır.
Konfransda bildirildi kI, AZƏRBAYCANDA BÜTÜN DİNLƏRİN NÜMAYƏNDƏLƏRİ ÜÇÜN YARADILAN ŞƏRAİT DÜNYAYA NÜMUNƏ OLA BİLƏR. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirdi ki, Ermənistan Qarabağ münaqişəsinə dini rəng verməyə çalışır. Bununla da İrəvan dünya birliyinin diqqətini Azərbaycan torpaqlarının işğal edilməsinin əsl səbəblərindən yayındırmağa çalışır.
O, da qeyd olundu ki, bu cür görüşlərin keçirilməsində məqsəd hər kəsin hüququna rəğbət bəsləyən cəmiyyət yaratmaqdır. Qeyd edək ki, «Mədəniyyət və din arasında qarşılıqlı əlaqə» mövzusunda keçirilən beynəlxalq konfrasda Avropa Şurasına üzv 47 ölkənin nümayəndələri qatılıblar.

Allahverdi Nadiroğlu




19:00 / 01.09.2014     Çap et  Çap et