Lider TV

Balakəndə sakinlərin pulsuz müayinəsi keçirilib


Milli Onkologiya Mərkəzinin mobil diaqnostika kompleksi Balakən rayonunda sakinlərin pulsuz müayinəsini təşkil edib. Məqsəd əhali arasında xərçəng və xərçəng önü xəstəlikləri aşkar edərək nəzarətə götürməkdir. Mərkəzin 18 nəfər mütəxəssisi bütün lazımi tibbi avadanlıqlarla təchiz olunmuş iki mobil diaqnostika kompleksində sakinlərin müayinəsini həyata keçirir. Müayinələr zamanı onkoloji xəstəliklərlə yanaşı, digər xəstəliklər də aşkar olunaraq aidiyyatı mütəxəssislərə yönəldilir.




19:00 / 17.07.2014     Çap et  Çap et