Lider TV

Musiqi tariximizi yaşadan sənətkar…


Milli musiqi sənətində özünəməxsus yeri olan nəfəsli musiqi alətlərimizin yaşı min illərlə ölçülür. Mahir nəfəs alətləri ifaçisi Əlicavad Cavadov Ismayilli rayonunda yaşayir. Onu bu sənətə taleyin acı sınağı gətirib. Birinci ailəsini faciəvi şəkildə itirən Əlicavad usta ağrılarına təskinliyi musiqidə tapıb və balabanda ifa etməyi öyrənib. Həm də heç bir müəllimin köməyi olmadan.
Musiqiyə vurulan Əlicavad usta, getdikcə nəfəsli alətlərin hazirlanmasina da maraq göstərib.
Bərpaçi usta milli səslənmə xüsusiyyətlərini nəzərə alaraq balabanın 4 yeni növünü yaradıb. Bunlar baş balaban, zümzümə, neyvari və bunqardir.
Sənətkarın alətləri içərisində eradan əvvəl 3-cü əsrə, eyni zamanda tunc dövrünə aid gildən hazirlanmiş qədim nəfəs alətləri var ki, onlari da bir tarix kimi qoruyub saxlayir. Bəzi alətləri isə…
Sovetlər dövründə keçirilən nəfəsli alətlər festivalinda Əlicavad Cavadov öz ifasi və ixtiralari ilə erməniləri şoka salıb. Bəzi nəfəsli alətlərimizə sahib çıxmaq istəyən ermənilər, Azərbaycan musiqisini və musiqi alətlərini qəbul etmək məcburiyətində qaliblar..
Əlicavad ustanın sorağini eşidib onun şəyirdi olmaq istəyənlər də az deyil.
70 yaşini haqlayan Əlicavad ustanı bu gün el şənliklərində həvəslə dinləyirlər. Ən böyük arzusu isə milli tütək səsi üçün darixan qarabacda xari bülbülü ifa etməkdir.

Əli Səmədov




19:00 / 16.06.2014     Çap et  Çap et