Lider TV

3 yaşli uşaq mazut quyusuna düşərək boğulub


Astarada bədbəxt hadisə baş verib. Rayon mərkəzi xəstəxanasının həyətində 3 yaşli uşaq mazut quyusuna düşərək boğulub. Nənəsi ilə xəstəxanaya gələn Astara rayon Səncərədi kənd sakini Ədalət Babazadə çəmənlikdə oynayarkən üzəri otla örtülmüş quyuya düşüb. Ərazidə olanlar uşağı quyudan çıxarmaq istəsələr də bu, mümkün olmayıb. Hadisə yerinə gələn Astara rayon yanğından mühafizə hissəsi əməkdaşlarının xilasetmə tədbiri isə artıq gec olub.




19:00 / 03.06.2014     Çap et  Çap et