Lider TV

Suriya Ermənilərinin Qarabağda yerləşdirilməsi araşdırılacaq


ATƏT rəsmi Bakının müraciətinə reaksiya verib. Qurumun sədri Minsk qrupu həmsədrlərini Suriyadan köçmüş ermənilərin işğal altındakı ərazilərdə yerləşdirilməsini araşdırmaq üçün regiona göndərir. Gələn həftə regiona səfəri planlaşdırılan ATƏT-in Minsk qrupu həmsədrləri öncə İrəvana, sonra işğal altındakı Dağlıq Qarabağa gedəcəklər. Səfərin son dayaqacağı isə Bakıdır. Uzun aradan sonra vasitəçilərin işğal olunmuş ərazilərə səfərinin məqsədi Suriya ermənilərinin Dağlıq Qarabağ ərazisində yerləşdirilməsini araşdırmaqdır. Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlikin münaqişənin həllinə dair 6 prinsipi açıqlamasına münasibət bildirən xarici işlər naziri Elmar Məmmədyarov dedi ki, Azərbaycan sülh sazişinin işlənib hazırlanmasının tərəfdarıdır. Mövcüd status-kvo qəbul edilməzdir. Ermənistan qoşunları işğal olunmuş torpaqlardan çıxarılandan sonra beynəlxalq sülhməramlı qüvvələrin ərazidə yerləşdirilməsi mümkündür. Deyən Elmar Məmmədyarov bildirdi ki, qarşılıqlı inam yarananadək bu olmalıdır. Məsələnin detaları isə hələ dəqiqləşdirilməyib. Beynəlxalq birlik qoşunlarını işğal altındakı torpaqlardan çıxarması üçün Ermənistana təziq göstərməlidir. Bunu isə Bakıda səfərdə olan Hondurasın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri, xanım Mireya Aquero Dekorales dedi. Qeyd edək ki, Azərbaycan Xarici İşlər Nazirliyi ilə Honduras Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyi arasında siyasi məsləhətləşmələr haqqında mexanizmin yaradılmasına dair protokol imzalandı.




19:00 / 08.05.2014     Çap et  Çap et