Lider TV

Qabriel Qarsia Markeslə vida mərasimi keçirilir


Meksikada dünya şöhrətli yazıçı, nobel mükafatı laureatı Qabriel Qarsia Markeslə vida mərasimi keçirilir. Vida mərasimində Meksika və Kolumbiyanın prezidentləri Enrike Penya və Xuan Manuel iştirak edəcəklər. Üç saat davam edəcəcək mərasimdə ədəbiyyatçılar, siyasətçilər, ictimaiyyət nümayəndələri və yazıçının dostları iştirak edəcək. Xatırladaq ki, Markes apelin 17-də, Meksikanın paytaxtı Mexikoda 87 yaşında dünyasını dəyişib. Yazıçının ölümü ilə əlaqədar vətəni Kolumbiyada matəm elan olunub.




17:00 / 22.04.2014     Çap et  Çap et