Lider TV

Həmsədrlər münaqişənin həllinin uzanmasından narahatdırlar


Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in Minsk qrupunun həmsədrləri ilə Parisdə görüş keçirib. Görüşdə münaqişənin həllinin uzanmasından ciddi narahtlıq ifadə olunub. Amerkalı həmsədr Ceyms Uorlik bu ay Azərbaycan və Ermənistan prezidentləri arasında növbəti görüşün baş tutaca biləcəyini açıqyalıb. Həmsədrlər və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşikin iştirak etdiyi görüşdə tərəflər müaqişənin nizamlanması ətrafında danışıqlar prosesində mövcud vəziyyəti müzakirə ediblər. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycan tərəfinin hərtərəfli sülh müqaviləsinin imzalanmasına hazır olduğunu bir daha təsdiqləyib. Həmçinin sülhün irəliləməsi üçün ilk növbədə Ermənistan silahlı birləşmələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasının zəruriliyini vurğulayıb. Vasitəçilər bu gün sülh danışıqlarını Moskvada davam etdiricəklər. Rusiyada Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla həmsədrldər arasında görüş bu günə təyin olunub. «Bu görüş intensiv sülh danışıqlarının tərkib hissəsidir. Hələlik görüşlər həmsədrlərlə davam etdirilir. Mənim Azərbaycan xarici işlər naziri ilə növbəti görüşüm isə münasib vəziyyət yarandıqda baş tuta bilər», - Ermənistan xarici siyasət idarəsinin rəhbəri Edvard Nalbandyan Moskva görüşünü şərh edərkən belə deyib. Martın 13-də isə erməni nazir fransalı həmkarı Loran Fabiusla münaqişənin hazırki mərhələsinə dair danışıqları davam etdirəcəyini açıqlayıb. «Ümid edirik ki, bu ay Azərbaycan və Ermənistan prezidentləri arsında görüş baş tutacaq». ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik sosial şəbəkəsindəki səhifəsində belə yazıb. Qeyd edib ki, sülh problemilə bağlı çətin məsələləri yalnız dövlət başçıları müzakirə edə bilərlər.




13:00 / 11.03.2014     Çap et  Çap et