Lider TV

Fermerlərə traktorların təqdimetmə mərasimi olub


«Aqrolizinq»-in Gəncə təchizat bazasında bir qrup fermerə traktorların təqdimetmə mərasimi olub. Təlim keçən 32 fermerə lizinq yolu ilə Gəncə Avtomobil Zavodunun istehsalı olan «Belarus» markalı traktorlar verilib. Modelindən asılı olaraq qiyməti 29-34 min manat arasında olan tarktorlar fermerlərə 10 il müddətinə verilib. Plana əsasən ümumilikdə ilkin mərhələdə fermerlərə aqrar sahədə istifadə olunan 197 texnika paylanacaq. İlin sonunadək isə bu rəqəm 750-yə çatdırılacaq. Növbəti illərdə də tələbat nəzərə alınmaqla istehsalçı müəssisəyə sifarişlər veriləcək. Gələcəkdə təsərrüfat sahiblərinə texnikaların lizinq yolu ilə verilməsi mexanizmində fermerlərin xeyrinə dəyişikliklər nəzərdə tutulur.




19:00 / 28.02.2014     Çap et  Çap et