Lider TV

Dağlıq Qarabağ münaqişəsinin sülhlə nizamlanması mümkündür


Dağlıq Qarabağ münaqişəsinin sülhlə nizamlanması mümkündür. Bu sözləri ATƏT-in Minsk qrupunun amerikalı hməsədri Ceyms Uorlik sosial şəbəkədəki şəxsi səhifəsində paylaşıb. Həmsədr Dağlıq Qarabağ probleminin nizamlanması ətrafında Azərbaycan prezidenti İlham Əliyevlə görüşü barədə nikbin proqnoz yazıb. Xatırladaq ki, həmsədrlər səfəri çərçivəsində Azərbaycan prezidenti İlham Əliyev və xarici işlər naziri Elmar Məmmədyarovla görüşərək münaqişənin həlli istiqamətində fikir mübadiləsi apardıqdan sonra Ermənistana gedəcəklər.




09:00 / 04.02.2014     Çap et  Çap et