Lider TV

Xarici işlər nazirlərinin növbəti görüşü bu ay baş tuta bilər


Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti görüşü yanvar ayının üçüncü həftəsində baş tuta bilər. Ermənistan mətbuatının yaydığı məlumata görə, danışıqların formatını müzakirə etmək üçün ATƏT-in Minsk qrupunun həmsədrləri və İsveçrə xarici işlər naziri Didye Burkhalter arasında yaxın günlərdə Cenevrədə görüş keçiriləcək. Məlumatda həmçiin qeyd olunur ki, iki ölkənin prezidentləri İlham Əliyev və Serj Sarkisyanın görüşü isə danışıqların nəticəsindən asılı olaraq fevral ayından tez baş tutmayacaq.




09:00 / 08.01.2014     Çap et  Çap et