Lider TV

Qəbələ Olimpiya İdman Kompleksində peşəkar boksçular arasında döyüşlər keçirilib


Qəbələ Olimpiya İdman Kompleksində peşəkar boksçular arasında İBF və WBO versiyaları üzrə Avropa kəməri uğrunda döyüşlər keçirilib. Kəmər uğrunda və reytinq xarakterli ilk döyüş 91 kq-dan yuxarı çəki dərəcəsində olan idmançılar arasında olub. Ölkəmizi və “Qəbələ” İdman Klubunu peşəkar boksda təmsil edən Fariz Məmmədov 66,8 kiloqramda İBF və WBO versiyaları üzrə Avropa kəməri uğrunda almaniyalı boksçu Matias Pelk ilə qarşılaşıb. Azərbaycanın peşəkar boks tarixində ilk dəfə 2 kəmər uğrunda təşkil edilən bu döyüş çox gərgin idman mübarizəsi şəraitində keçib və maraqlı anlarla yadda qalıb. Görüşü qələbə ilə başa vuran almaniyalı boksçu Matias Pelk IBF və WBO versiyaları üzrə iki Avropa kəmərinə sahib olub. Qəbələ Olimpiya İdman Kompleksində keçirilən yarışı izləyənlər arasında Azərbaycan Boks Federasiyasının prezidenti, fövqəladə hallar naziri Kəmaləddin Heydərov, gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, “Qəbələ” İdman Klubunun prezidenti Tale Heydərov, eləcə də olimpiya çempionları Fərid Mansurov, Elnur Məmmədli və digər tanınmış idmançılar olub.




09:00 / 16.12.2013     Çap et  Çap et