Lider TV

Hərbçilər üçün yeni qış papaqları hazırlanır


Ordumuzun əsgərləri üçün yeni qış papaqları hazırlanır. Hərbi baş geyimlərinin artıq bir hissəsi tikilib. NATO standartlarına uyğun hazırlanan həmin papaqların hər biri xüsusi qaydada hazırlanır. Öncə müxtəlif hava şəraitinə uyğun parçalar seçilərək, keyfiyyəti yoxlanılır. Əgər parçalar standarta uyğundursa və təqdim edilmiş modul təsdiq edilərsə tikişə başlanılır.
Hərbiçilərimizin baş geyimləri ölçülərə uyğun kəsilərək nömrələnir. Nömrələnmiş hissələr ölçülərə uyğun seçilir və ayrı-ayrı sexlərdə tikldikdən sonra, birləşdirilir. Tikilən papaqların özləri də müvafiq şəraitə əsasən bir neçə növə bölünür.
Ölkəmizdə hazırlanan hərbi baş geyimləri keyfiyyətinə, müxtəlif hava şəraitində dözümlülüyünə və nato standartlarına cavab verməsinə görə, bir çox xarici ölkələrin, xüsusilə Rusiya, Türkiyə və Gürcüstan kimi qonşu dövlətlərin də marağını cəlb edib. Bu isə Azərbaycanın müdafiə sənayesinin müasir tələblərə cavab verdiyini, istehsal olunan silahların yüksək texniki təchizatını, hərbi geyimlərin beynəlxalq normalara uyğun hazırlanmasını bir daha sübut edir.
Vüsal Qaraca




16:00 / 28.11.2013     Çap et  Çap et