Lider TV

Növbəti caz festivalına start verildi


Bakıda hər il beynəlxalq caz festivalının keçirilməsi artıq ənənə halı alıb. Dünən növbəti festivala start verilib. Ənənəvi olaraq dünyanın müxtəlif yerlərindən olan məşhur musiqiçilər şəhərimizin qonağı olublar. Bakı Caz Festivalı növbəti dəfə öz qapılarını cazsevərlərin üzünə açdı. Cey Seyşn sevərlər yerli ifaçılarla yanaşı Amerikadan, Rusiyadan, Polşadan, Avstriyadan və başqa ölkələrdən olan caz ifaçılarının musiqilərini eşidəcəklər.
11 gün davam edəcək beynəlxalq festivala diqqət və maraq böyükdür. Elə məşhur fransız aktyoru Jerar Depardyenində bakıda olması və festivalda tamaşaçı kimi iştirak etməsi buna əyani sübutdur. 11-ci dəfədir ölkəmizdə keçirilən festivalın açılış prqramını tanınmış amerikalı caz ustası Coşua Redmən etdi. O öz saksafonu və qrupu ilə cazsevərlərə «Caz şou» göstərdi.
Festival çərçivəsində məşhur cazmenlər Heydər Əliyev Sarayı, Beynəlxalq Muğam Mərkəzi, Caz Mərkəzi və Filarmoniyada konsert proqramları ilə çıxış edəcəklər. Bu dəfə festivalın caz ulduzları sırasında Kenni Qarıt, Avişai Koen, Markus Miller, Bob Ceyms, Deyvid Senborn, Kristof Çex kimi məşhur cazmenlər yer alıb.
Eyni zamanda, festivalda Azərbaycanın tanınmış caz ifaçıları Salman Qəmbərov, Emil Əfrasiyab, Mircavad Cəfərov və digər istedadlı cazmenlər solo konsert proqramları ilə çıxış edəcəklər.
Ayaz Kazım




09:00 / 24.10.2013     Çap et  Çap et