Lider TV

V Beynəlxalq Uşaq Muğam Festivalının yekun konserti keçirilib


Dünən gecə V Beynəlxalq Uşaq Muğam Festivalının yekun konserti keçirilib. Bir sıra türkdilli və ərəb ölkələrinin iştirak etdiyi festivalda 16 yaşadək uşaqlar iştirak edib.
Həyəcanlı anlar və konsertdə layiqincə öz ölkəsini təmsil etmək arzusu. Bu heç də təəcüblü deyil. Artıq beşinci dəfə keçirilən Uşaq Muğam Festivalı son dövr ərzində yetərincə öz auditoriyasını genişləndirib. Məhz belə festivalar mədəniyyətlərarası dialoqun formalaşmasında əvəzsiz rol oynayır.
Festivalda iştirak edən gənc ifaçılar isə belə təbdirə qatıldıqları üçün sevinirdilər. İştirakçılar üçün ən maraqlısı isə belə festivallarda özlərinə yeni dostlar tapmaq idi.
Festivala Azərbaycan, Türkiyə, Türkmənistan, Qazaxstan, Özbəkistan, İran, İraq, Əfqanıstan, Tacikistan və Misir təmsilçiləri qatılıb. Bütün festival iştirakçılarının çıxışlarından sonra isə münsiflər tərəfindən qiymətləndirmə oldu. Sonda təmsilçilər müxtəlif nominasialarda diplom və hədiyyələrlə təltif edildi.
Murad Salmanov




09:00 / 22.10.2013     Çap et  Çap et