Lider TV

Süleyman Rəhimovun bu gün anım günüdür


1983-cü ilin bu günü Xalq yazıçısı Süleyman Rəhimov vəfat edib. Dünyasını dəyişməyindən 30 il keçməsinə baxmayaraq görkəmli yazıçının illər öncə qələmə aldığı əsərlər bu gün də oxucular tərəfindən maraqla oxunmaqdadır. «Bu yazıçı Azərbaycan nəsrinin uzaqvuran ağır artilleriyasıdır. Onun sinəsində xalqın ürəyi döyünür. Bu romançı böyük yazıçıdır». Söhbət Süleyman Rəhimovdan gedir. Yazıçı haqqında səslənən bu fikirlər isə böyük şairimiz Səməd Vurğuna aiddir. İlk təhsilini doğulduğu kənddə alan Süleyman Rəhimov ədəbi fəaliyyətə 1930-cu ildə «Şamo» əsəri ilə başlayır. Bununla belə o bu əsərə 50 ilini həsr edir. Əsərin qəhrəmanından o qədər təsirlənir ki, hətta o ərəfədə dünyaya gələn oğlunun da adını Şamo qoyur. daim yaradıcılıqla məşğul olan Süleyman Rəhimovun sonralar qələmə aldığı «Mehman», «Saçlı», «Qafqaz qartalı» , «Medalyon» kimi əsərlər 100 milyonlarla oxucunun sevgisini qazandı. 1970 –ci ildə isə böyük yazıçıya «Sosialist əməyi qəhrəmanı» adı verilir. Süleyman Rəhimov yaradıcılığına verilən qiyməti xalqa verilən qiymət kimi dəyərləndirirdi.
Xalq yazıçısı Süleyman Rəhimov 3 dəfə Lenin, həmçinin Şərəf nişanı ordeni ilə təltif edilib. Azərbaycan Jurnalistlər İttifaqının «Qızıl qələm» mükafatına layiq görülüb. Görkəmli yazıçı 1983-gü ilin bu günü vəfat edib




13:00 / 11.10.2013     Çap et  Çap et