Lider TV

Festival başa çatır


Beşinci beynəlxalq Üzeyir Hacıbəyli adına musiqi festivalı davam edir. Ötən axşam festival çərçivəsində Azərbaycan Dövlət Filarmoniyasında Üzeyir Hacıbəyli adına Azərbaycan dövlət simfonik orkestri və «Furiozo» kvarteti çıxış edib. Öncə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri tamaşaçıları baxın «Stokovski Tokkata və fuqo d-moll» orkestr üçün işləmə əsəri ilə salamladı.
Orkestrlə yanaşı səhnəni «Furiozo» kvarteti də bölüşdü. 2011-ci ildə yaradılan və gənclərdən ibarət qrup musiqisevərləri Şporun simli kvartet və orkestr üçün konserti ifa etdi. Yeri gəlmişkən Şporun əsəri filarmoniyanın səhnəsində ilk dəfə idi ki, səslənirdi. Anoloji festivallar gənclərin musiqi savadını artırmaqla yanaşı yeni musiqiçilərə bir növ təkan vermiş olur. Bu səmimi etirafı isə qrupun üzvləri etdi.
Üzeyir Hacıbəyli adına festival bu gün sona yetir. Sentyabrın 18-dən start götürən festival çərçivəsində dünyanın bir çox ölkələrindən olan musiqiçilər Bakıda çıxış ediblər. Tanınmış bəstəkarların əsərləri musiqisevərlərə təqdiim edilib.
Murad Salmanov




13:00 / 28.09.2013     Çap et  Çap et