Lider TV

«Mahmud və Məryəm»-in təqdimat mərasimi oldu


Nizami Kino Mərkəzində Xalq yazısı Elçinin eyni adlı romanı əsasında çəkilmiş «Mahmud və Məryəm» filminin təqdimatı olub. Mərasimdə kinoda rol alan aktyorlar və yaradıcı heyət də iştirak edib.
«Mahmud və Məryəm» filmi romantik dram janrında çəkilib. Ekran əsəri Azərbaycan Türkiyə arasında ilk müştərək kino layihəsidir. Kinoda Mahmud və Məryəmin sevgisindən bəhs olunur. Mahmud gəncəli Ziyad Xanın oğlu, Məryəm isə keşişin qızıdır. Hadisələrin mərkəzində 2 gəncin bir-birinə olan məhəbbəti dayanır. Onların sevgisinə mane olan isə mürtəce fikirli qara keşişdir.
Filmin rejissoru Mehmet Ada Öztəkin, prodüseri isə Sevda Qayğısızdır. Məryəm obrazını Eva Dedova, Mahmud rolunu isə Aras Bulut canlandırıb. Çəkilişlərinə Şəki şəhərində sart verilən filmdə Məlahət Abbasova, Şamil Süleymanov, Mehmet Çevik, Tomris İnjer, Kristina Krapela, Fəxrəddin Manafov kimi tanınmış aktyorlar rol alıblar. Film bu gündən etibarən Nizami Kino Mərkəzində nümaiş etdiriləcək.
Ayaz Kazım




09:00 / 27.09.2013     Çap et  Çap et