Lider TV

Musiqi bayramı davam edir


Üzeyir Hacıbəyli adına beşinci beynəlxalq musiqi festivalı davam edir. Ötən axşam Müslim Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Münhen Filarmoniya Orkestrinin çıxışı olub.
Orkestr gənclərdən ibarət olsa da onların mahir ifaları bunu o qədərdə hiss etdirmədi. Konsert zamanı Üzeyir Hacıbəylinin «Koroğlu» operasından uvertyura, Robert Şumanın piano və orkestr üçün intrduksiya və Alleqro Appasionata «Op 92» həmçinin Musorqskinin «Sərgidən şəkillər» əsəri təqdim olundu.
Musiqi sərhəd tanımır. Anoloji festivallar mədəniyyətlərarsı dialoqun formalaşmasında əvəzsiz rol oynadığını tədbir iştirakçıları da qeyd edir. Üzeyir Hacıbəyli festivalı sentyabrın 28-nə kimi davam edəcək. Bu müddət ərzində musiqisevərlər qarşısında Qara Qarayev adına Kamera Dövlət Orkestri, Rusiyanın «Romantik» kvarteti və digər orkestrilərin çıxışları gözlənilir.
Murad Salmanov




09:00 / 24.09.2013     Çap et  Çap et