Lider TV

Musiqi fesivalına start verildi


Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında beşinci Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalının açılışı olub. Beynəlxalq musiqi festivalına dahi bəstəkarın «Arşın mal alan» musiqili komediyası ilə start verilib.
Dahi bəstəkarın əsrarəngiz musiqisi, mahir ifa, parlaq yadda qalan səhnə obrazları və ən əsası saf sevgi. Bunlar hamısı artıq çoxdan klasikaya çevrilmiş «Arşın mal alan» əsərində cəmlənib. Musiqi festivalına məhz bu əsərlə start verilməsi təsadüfi deyil. Musiqi festivalı sentyabrın 26-na kimi davam edəcək. Festival çərçivəsində Rusiya Slovakiya Almaniya və digər ölkələrdən olan orkestrlər çıxış edəcək.
Murad Salmanov




09:00 / 19.09.2013     Çap et  Çap et