Lider TV

BMT TŞ toplanır


Suriya hökuməti BMT-nin tərk-silah üzrə istənilən şərtini yerinə yetirməyə razıdır. Suriyada kimyəvi silah tətbiqinə dair hesabat da artıq bmt baş katibi ban ki mundadır. Suriyada kimyəvi silah tətbiqinə görə kimin təqsirli olduğu yaxın saatlarda bəli olacaq. Suriyanın informasiya naziri Omran Əl Zubi bildirib ki, rəsmi Dəməşq Rusiya ilə abş arasında razılaşdırılmış tərk-silah üzrə planı yerinə yetirməyə hazırdır.
Yeri gəlmişkən, Fransa prezidenti Fransua Oland müvafiq qətnamə layihəsi üzrə səsvermənin gələn həftə BMT Təhlükəsizlik Şurasında baş tuta biləcəyini deyib. O Suriyanın öhdəliklərini yerinə yetirməyəcəyi təqdirdə dünya birliyinin sanksiyalar tətbiq etmək məcburiyyətində qalağacını bildirib. Oland həmçinin bilirib ki qətnamə layihəsini müzakiə etmək üçün xarici işlər naziri Loran Fabiusla birgə ABŞ dövlət katibi Con Keri və Britaniyanın xarici işlər naziri Uilyam Heyqlə görüşəcək. ABŞ tərəfi isə Suriya ilə bağlı yeni razılaşmadan razılığını gizlətmir. ABŞ dövlət katibi con keri Rusiya ilə ölkəsi arasında əldə olunan razılığın Suriyanı kimyəvi silahlardan tamamilə təmizləyəcəyinə əminlik ifadə edib. O bu barədə İsraildə çıxış edib.
BMT baş katibi Ban Ki Muna isə Suriyada kimyəvi silahla bağlı ekspertlərin hesabatı təqdim olunub. Təşkilat rəhbəri müvafiq sənədi yaxın saatlarda Təhlükəsizlik Şurasının üzv dövlətlərinə təqdim edəcək. Təhlükəsizlik Şurasının toplantısından sonra Ban Ki Mun hesabatla bağlı jurnalistlər qarşısında çıxış edəcək.




09:00 / 16.09.2013     Çap et  Çap et