Lider TV

Xarici pambıq sortları fermerləri qane etmir


Bu il tarlalarda becərilən pambıq məhsulunun hədər olma təhlükəsi var. Artıq sentyabrın 7-i olmasına baxmayaraq hələ də sahələrdə yığıma başlanmayıb.
Bu mövsüm pambıq yığımı hazırkı vaxtda 15 gün gecikir. Tarlaların bəzisində 30-40 faiz pambıq görünsə də, elə sahələr var ki, bir qoza belə açılmayıb. Mütəxəssislər bunun əsas səbəbini xaricdən gətirilən toxumlarda görürlər. Xarici toxumun qiyməti də yerli sortlarla müqayisədə bahadır. Kənardan alınan toxumun bir kiloqramı 3 manatdırsa, yerli sortlar 60 qəpikdir və bunun 50 qəpiyi dövlət tərəfindən ödənilir. Toxum seçimində səhvə yol verən fermerlər bu gün pambığa texniki qulluq göstərməkdə də çətinlik çəkirlər. Son illər kənd təsərrüfatı mütəxəssisləri yeni məhsuldar sortlar yetişdirməyə çalışırlar. Alimlər buna qismən də olsa, nail olublar. Beyləqanda keçirilən tarla günündə də pambıqçılıq sahəsindəki problemlər müzakirə olunub. Beyləqan, İmişli, Füzuli və Ağcabədidən olan femerlərə yeni sortlar nümayiş olunub.
Sentyabr və oktyabr aylarında hava yağmurlu keçərsə, pambıqçılar yığımla bağlı ciddi çətinliklərlə üzləşəcəklər. Bu il əkilən gecyetişən məhsulun tədarükünün isə dekabradək davam etməsi gözlənilir. Bu da növbəti əkin ilində yeni səpin işlərinin gecikməsinə səbəb ola bilər.
Habil Aslanoğlu




13:00 / 06.09.2013     Çap et  Çap et