Lider TV

Azərbaycan yığması uğurlu çıxışı davam etdirir


Azərbaycan idmançıları Dünya Universiadasında 4-cü qızıl medalı qazanıblar. Qızıl medalın sahibi isə yunan–roma güləşçimiz 66 kq çəkili Rəsul Çunayev olub. İlk döyüşdə almaniyalı rəqibini məğlub edən Rəsul, ikinci qarşılaşmada polşalı güləşçidən üstün olub. 1/4-də türkiyəli rəqibini məyus edən pəhləvanımız yarımfinalda İran, cəmi 30 saniyə davam edən final qarşılaşmasında isə Rusiya təmsilçisi, olimpiya çempionu İslambek Albiyevə heç bir şans verməyib və 8-0 hesablı qələbə ilə aktivimizə 4-cü qızıl medalı daxil edib. Ötən gün həmçinin 1 bürünc medal da qazanmışıq. 55 kq çəkili Eldəniz Əzizli bir–birinin ardınca Braziliya və qırğızıstanlı rəqiblərini udaraq yarımfinala adlasa da, bu mərhələdə yerli güləşçiyə uduzaraq təsəlliverici görüşlərə qatılıb. Bürünc medala aparan yolda təşəbbüsü əldən verməyən Eldəniz türkiyəli rəqibini udaraq Universiadada üçüncü yeri tutub. Beləliklə, aktivindəki medalların sayını 4 qızıl, 4 gümüş və 7 bürünc olmaqla, 15-ə çatdıran yığmamız Tayvan, Braziliya, İtaliya, Monqolustan, Çexiya kimi ölkələri geridə qoymaqla 14-cü pillədə qərarlaşır. Siyahıya 125 qızıl, 65 gümüş və 57 bürünc medalla Rusiya kollektivi başçılıq edir. İkinci və üçüncü yerlərdə müvafiq olaraq Çin və Yaponiya komandaları qərarlaşır.




13:00 / 16.07.2013     Çap et  Çap et