Lider TV

Güləşçilərimizin növbəti uğuru


İspaniyanın paytaxtı Madriddə sərbəst, yunan–roma və qadın güləşi üzrə böyüklər arasında «İspaniya qran-prisi» başa çatıb. Turnirdə çıxış edən həmvətənlərimiz ümumiliklə 7 qızıl və 5 gümüş medalla yadda qalıblar. 4 qızıl və 2 gümüş medal yunan–roma güləşçilərimizdən gəlib. 55 kq çəkili Rövşən Bayramov, 60 kq–da Orxan Əhmədov, 66-da Həsən Əliyev və 84 kq çəkili Saman Təhmasibi fəxri kürsünün ən yüksək pilləsində qərarlaşıblar. 55 kq çəkili Elçin Əliyevlə 66-da çıxış edən Vitali Rəhimov ikinci yeri tutublar. Sərbəst güləşçilərimizə gəlincə, 66 kq–da Ruslan Dibirhacıyev, 96-da Xetaq Qazyumov və 120 kq çəkidə Aslan Cəbişov qızıl medal qazanıblar. 74 kq çəkili Əşrəf Əliyev, 84-də Məhəmmədhacı Xatiyev və 96 kq–da Şərif Şərifov gümüş medalla kifayətlənib. Bu nəticə ilə həm sərbəst, həm də yunan–roma güləşçilərimiz komanda hesabında ikinci olublar.




13:00 / 15.07.2013     Çap et  Çap et