Lider TV

Teatr mövsümü başa vurdu


Akademik Milli Dram Teatrı yay tətilinə çıxıb. Teatır mövsümə Mirzə Fətəli Axundzadənin məşhur «Sərgüzəşti vəziri xani Lənkəran» tamaşası ilə yekun vurub. Tamaşa artıq klassikaya çevrilsə də öz aktuallığını itirmir. Bəlkə ona görə ki, səhnədə canlandırılan surətlər tamaşaçıya daha yaxın və doğmadır. 140 il ərzində teatr şərəfli parlaq yol keçib. Teatr daim dövlətin dəstəyini hiss edib. Tamaşa artıq bir növ ənənəyə çevrilib. Dəfələrlə səhnələşdirilib, lakin hər dəfə səhnəyə çıxarkən tamaşaçı qarşısında məsuliyyət müsbət nəticənin əldə olunmasına imkan verir. Teatrın tamaşaçı qarşısında bu dəfəki özünəməxsus hesabatının uğurlu olması teatrsevərlərin alqışları sübut edirdi.




13:00 / 15.07.2013     Çap et  Çap et