Lider TV

Beynalxalq muğam festivalı davam edir


«Muğam aləmi» üçüncü beynalxalq muğam festivalı davam edir. Bu dəfə Beynəlxalq Muğam Mərkəzinin səhnəsində Mərakeş musiqiçiləri çıxış ediblər. Mərakeşin «Şabab əl əndəlus» muğam qurupunun ifa etdiyi lirik musiqilər tamaşaçıların diqqətinə hakim kəsilmişdi. Qurupun «Moval» milli musiqiləri insanların böyük marağına səbəb oldu. Festivalda mərakeşli ifaçılar milli musiqiləri ilə yanaşı digər dillərdə də mahnılar sələndirdilər.
Üçüncü beynəlxalq muğam festivalı ilə əlaqədar olaraq Bakı Caz Mərkəzinin səhəsində isə etno Caz konserti keçirildi. Caz sevənlər Salman Qəmbərovun başçılığı ilə «Bakustik caz» qurupunun ifalarını dinlədilər. Konsertdə «Bakusstik caz» qurupu Azərbaycan bəstəkarları və xalq mahnılarına da müraciət etdilər. Tamaşaçılarsa cazın sehrinə düşmüşdülər.
Pərviz Hüseynov




09:00 / 15.03.2013     Çap et  Çap et