Lider TV

Qonşusunu qətlə yetirdi


Şəmkirin Muxtariyyə kəndində qonşu qonşunu qətlə yetirib. Kənd sakini 23 yaşlı Yuri Saurin aralarında yaranan şəxsi münaqişə zəminində həmkəndlisi, 27 yaşlı Mahir İsayevə bıçaqla zərbə endirib. Sonuncu xəstəxanaya aparılarkən yolda keçinib. Mərhumun atası Rəhman İsayev qonşuları ilə hər hansı ədavətlərinin olmadığını, oğlunun sifarişlə qətlə yetirildiyini iddia edir. Şahidlərin sözlərinə görə, hadisədən əvvəl mahir isayev cinayəti törədən şəxsin qardaşı Nikolayla nərd oynayırmış.




16:00 / 13.03.2013     Çap et  Çap et