Lider TV

Qara yara əleyhinə peyvəndləməyə başlanıb


Naxçıvanda mal-qara arasında qarayara əleyhinə peyvəndləmə həyata keçirilir. Muxtar Respublika Dövlət Baytarlıq Xidmətinin əməkdaşları vaksinasiya işlərinə bu dəfə şahbuz rayonu ərazisindən start verib. Fermer təsərrüfatları və fərdi həyətyanı sahələrdə mal-qara və təkdırnaqlı heyvanlar peyvəndlənir. Lazımi vakisinlərlə təmin edilən baytarlar bu işləri pulsuz olaraq həyata keçirir. Bu proseslə bağlı təsərrüfat sahibləri həm də maarifləndirilir. Baytarlar təkcə xəstəliklərlə bağlı deyil, ilkin yaz vaxtı heyanların düzgün yemlənməsi üçün də sahibkarlarla söhbətlər aparır. Çünki payızdan qalan uzunmüddətli qaba yem kiflənir və o zəhərlənməyə səbəb ola bilər. Şahbuz rayonunu əhatə edən ilk tədbirdə 21 min iribuynuzlu, 2000 min təkdırnaqlı və 110 minə yaxın xırdabuynuzlu heyvan qara yara xəstəliyinə qarşı peyvənd ediləcək. Ümumiyyətlə, peyvəndləmə işi bir ay ərzində Muxtar Respublikanın bütün rayonlarında başa çatacaq.
Səməd Canbaxşıyev




13:00 / 23.02.2013     Çap et  Çap et