Lider TV

Gəncədə dəhşətli qətl hadisəsi baş verib


Gəncədə dəhşətli qətl hadisəsi baş verib. Şəhərin üçüncü mikrorayon ev 12-a, mənzil 2 ünvanında yaşayan Cəlilabad sakini 23 yaşlı Ramin Babayev həyat yoldaşı 24 yaşlı Təhminə Mayılovanı öldürüb. Çoxsaylı bıçaq zərbələri alan Təhminə hadisə yerindəcə keçinib. Gəncə şəhər prokurorluğundan verilən məlumata görə, ilkin araşdırmalara əsasən ər arvadını qısqanclıq zəminində qətlə yetirib. Ramin hadisəni törətdikdən sonra polisə könüllü təslim olub.




16:00 / 28.01.2013     Çap et  Çap et