Lider TV

Gəncədə polis maşını ilə xidməti yerindən kənarda qəza törədib


Dəmir yolu nəqliyyatda polis idarəsinin gəncə stansiyasının xətt polis şöbəsinə məxsus post patrul xidmətinin «Fiat» markalı avtomobili şəhərin Heydər Əliyev prospekti ilə Xanlar küçəsinin kəsişməsində mikroavtobusla toqquşub. Qəzadan sonra «Mercedes» markalı mikroavtobusun sürücüsü hadisə yerindən qaçıb. Qəza zamanı «Fiat»ın sürücüsü 28 yaşlı Səxavət Nəsibov və onun polis həmkarı, 24 yaşlı Elşən Əsədov müxtəlif bədən xəsarətləri alıblar. Yaralılar Gəncə şəhər təcili tibbi yardım xəstəxanasına yerləşdirilib.




13:00 / 15.01.2013     Çap et  Çap et