Lider TV

Qubaya gələn turistlərin sayı artıb


Bu il Qubaya gələn turistlərin sayında 30 faiz artım gözlənilir. Qış aylarında isə rayon 2 min turisti qarşılamağa hazırlaşır. Bayram günlərində Qubada xüsusi canlanma müşahidə olunur. Şəhər Yeni ilin atributları ilə bəzədilib. Şimal bölgəsində ən hündür yolka Qubanın mərkəzində ucaldılıb.18 metr hündürlüyü olan yolkanın ətrafında əsl bayram sevinci yaşanır. Bayram münasibəti ilə şəhərin müxtəlif küçə və parkları da xüsusi zövqlə bəzədilib.
Bu günlərdə Qubaya gələn turistlərin istirahətinin xoş və mənalı keçməsi üçün ekskursiyalar təşkil edilir. İstirahətə gələnlər üçün 3 turizm marşrutu cızılıb. Bu marşrutlar üzrə 100-ə yaxın tarixi və təbii abidə, 40-dan artıq turizm obyekti yerləşir.




13:00 / 02.01.2013     Çap et  Çap et