Lider TV

Taxıl istehsalı artıb


2012-ci ildə Azərbaycanda 2,8 milyon ton taxıl istehsal olunb. Bu, ötən illə müqayisədə 12,3 faiz çoxdur. Digər kənd təsərrüfatı məhsullarının istehsalında frqli dinamika qeydə alınıb. Dövlət Staitistika Komitəsinin hesablamasına görə, meyvə, giləmeyvə, tərəvəz, xüsusən kartof, üzüm, çay və tütün istehsalında nəzərəçarpacaq artım var. Şəkər çuğunduru istehsalında isə 50 faizə yaxın azalma qeydə alınıb. Pambıq və bostan bitkilərinin tədarkündə də azalmalar var. Bu il ərzində ət və ət məhsulları, yumurta istehsalı da artıb. Ümumilikdə, bu dövr ərzində aqrar sektorda 5,7 faiz artım baş verib.




19:00 / 17.12.2012     Çap et  Çap et