Lider TV

Astara rayonunda ağır qətl hadisəsi törədilib


Hadisə dəmiryol vağzalından bir qədər aralıda, dəniz kənarında baş verib. 22 yaşlı Astara şəhər sakini Elmar Məmmədov həmyerlisi 52 yaşlı Nazim Hümmətovu qəddarlıqla öldürüb. Xəsarət alan şəxs rayon mərkəzi xəstəxanasına çatdırılana qədər dünyasını dəyişib. Məhkəmə tibbi ekspertiza və patoloji anatomiya mərkəzində meyitin müayinəsi zamanı mərhumun əl, boyun və ürək nayihələrində ümumilikdə 17 bıçaq zərbəsi olduğu müəyyənləşdirilib. Hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılıb. Faktla bağlı cinayət işi başlanıb.




19:00 / 07.12.2012     Çap et  Çap et