Lider TV

Boksçularımız mübarizələrini davam etdirir


İrəvanda keçirilən boks üzrə dünya birinciliyində mübarizəni davam etdirən 3 boksçumuz bu gün 1/4 final mərhələsi çəiçrvəsində döyüşə çıxacaqlar. 64 kq çəkili Pərviz Bağırov litvalı Eymantas Stanionislə üz-üzə gələcək. 75 kq çəkili Orxan Mayıllının rəqibi qazaxıstanlı Daulet Bayqabatov olacaq. Nəhayət, 91 kq çəki dərəcəsində mübarizə aparan Rahil Məmmədli ingiltərəli Daniel Uilyamsla münasibətlərinə aydınlıq gətirəcək. Qələbə qazanacaqları halda isə idmançılarımız yarımfinala vəsiqə qazanacaqlar ki, bununla da, minimum bürünc medalı özlərinə təmin edəcəklər.




13:00 / 04.12.2012     Çap et  Çap et