Lider TV

Şirvanda qətl hadisəsi baş verib


Bu gecə Şirvanda qətl hadisəsi baş verib. Şirvan şəhər sakini 49 yaşlı Məharət Abdullayev həmyerlisi 1980-ci il təvəllüdlü Fərid Kakavanı ov tüfəngi ilə güllələyib. Fərid hadisə yerindəcə keçinib. Onunla birlikdə olan qardaşı isə xoşbəxtlikdən heç bir xəsarət almayıb. Hadisə tikinti materiallarının alqı-satqısı ilə məşğul olan Məharət Abdullayevin evində qeydə alınıb. İlkin ehtimala görə, qətl münaqişə zəminində baş verib. Belə ki, qardaşların hadisəni törədən şəxsə 500 manat borcu olub. Elə bu borcu bağlamaq üçün yaranan mübahisə sonda ölümlə nəticələnib. Saxlanılan Məharət Abdullayev ilkin dindirmə zamanı faktı təsdiqləyib. Qeyd edək ki, qətlə yetirilən fərid kakavan silahlı qüvvələrin zabitidir.




13:00 / 31.10.2012     Çap et  Çap et