Lider TV

Ulduz Əliyevanın xatirə gecəsi keçirilib


Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Əməkdar incəsənət xadimi , ilk azərbaycanlı peşəkar qadın teatr rejissoru Ulduz Əliyevanın anadan olmasının 90 illik yubileyinə həsr edilmiş xatirə gecəsi keçirilib. Tədbirdə ictimai xadimlər və tanımmış xalq artistləri iştirak edib. 1952-ci ildən Azərbaycan Gənc Tamaşaçılar Teatrında rejissor vəzifəsində fəaliyyətə başlayan Ulduz Əliyeva baş rejissor vəzifəsinə qədər yüksələ bilib. İşlədiyi müddətdə 50-dən çox tamaşaya qurluş verib. Gecədə Ulduz Əliyevanın rejissorluq etdiyi əsərlərdən parçalar nümayiş olunub.




09:00 / 17.10.2012     Çap et  Çap et